Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, həmsöhbətlər iki ölkə arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi üçün baxış və siyasi iradəyə uyğun olaraq Ermənistan və Fransa arasında münasibətlərin dərinləşdirilməsinə yönəlmiş təşəbbüsləri müzakirə ediblər.
Mirzoyan və Barro Ermənistan-Avropa İttifaqı, eləcə də çoxtərəfli çərçivələrdə əməkdaşlığa toxunublar.
Regional məsələlərə gəlincə, ermənistanlı nazir qeyd edib ki, İrəvanın Fransanın Ermənistanın demokratik islahatlarına və regional sülhün möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərinə davamlı dəstəyini yüksək qiymətləndirir. (Report)