"Vətən səsi" xəbər verir ki, onun həbsi barədə müvafiq qərarı İrəvan Ümumi Yurisdiksiya Məhkəməsinin hakimi Artak Karapetyan imzalayıb. Müxalifətçi deputat iki ay müddətinə həbs olunub.
Ermənistan mətbuatının yaydığı məlumata görə, həbsdən bir gün əvvəl Baş prokuror Artur Sarkisyan deputat toxunulmazlığından məhrum edilməsi barədə parlamentin vəsatətini təmin edib. Bundan dərhal sonra deputat könüllü olaraq İstintaq Komitəsinə yollanıb.
Bildirilir ki, Artur Sarkisyan “Müqəddəs Mübarizə” hərəkatına yardım etdiyinə görə toxunulmazlıqdan məhrum edilib. O, müxalif qüvvələrlə birlikdə dövlət çevrilişi hazırlamaqda və Baş nazir Nikol Paşinyanı hakimiyyətdən devirməyə cəhd göstərməkdə ittiham olunur. Lakin vəkilləri bildiriblər ki, Sarkisyanın lentə alınmış söhbətlərində dövlət çevrilişi və ya çevrilişə hazırlıqla bağlı hər hansı fikir yoxdur.
Elxan SALAHOV