Bunu Estoniya Baş naziri Kristin Mixal ermənistanlı həmkarı Nikol Paşinyanla birgə mətbuat konfransında bildirib.
O, Cənubi Qafqazda sülhün Estoniya və Avropa üçün çox vacib olduğunu qeyd edib:
"Mən şadam ki, Ermənistan və Azərbaycan sülh sazişinin mətnini razılaşdıra biliblər. Ümid edirəm ki, saziş yaxın zamanda imzalanacaq", - Estoniya Baş naziri deyib.(Report)