Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Baş nazir Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş” layihəsinin mətninin razılaşdırılması üzrə danışıqların başa çatması barədə Fransa prezidentinə məlumat verib”, - məlumatda bildirilir.
Söhbət zamanı Ermənistan-Fransa, Ermənistan-Avropa İttifaqı münasibətləri, eləcə də Cənubi Qafqaz regionu ilə bağlı məsələlər də müzakirə olunub. (Report)