Bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan “Sputnik Armenia”ya bildirib.
Məlumata əsasən, qəza bu gün Kotak rayonunda baş verib. Avtomobil yoldan çıxaraq yol kənarındakı bəndə çırpılıb və aşıb.
Yaralı hərbçilər Muratsan hərbi hospitalına yerləşdirilib, onların vəziyyəti qənaətbəxşdir.
Həmçinin əlavə olunub ki, faktla bağlı cinayət işi açılıb, hadisənin başvermə səbəbləri, sürücünün və zərərçəkənlərin şəxsiyyəti müəyyənləşdirilir. (APA)