27.06.2025, 06:26
AZ EN
03.03.2025, 11:00 247

Erməni politoloq Koçaryanı və Sarkisyanı ağıllı olmağa çağırıb

XƏBƏRLƏR
  • Erməni politoloq Vladimir Martirosyan özünün FB səhifəsində etdiyi növbəti paylaşımda Robert Koçaryan və Serj Sarkisyan kimi qatı cinayətkarları revanşçı və ruspərəst mövqelərinə görə tənqid atəşinə tutub.

Politoloqun fikirləri "Hraparak"da tam mətni ilə dərc edilib. O, yazıb ki, hər iki revanşçının şəxsi, ailəvi, milli maraqları yalnız "arsax" üzərində qurulub. Onlar Ermənistanı, erməni xalqının gələcəyini deyil, yalnız bir qrup şəxsin marağını önə çəkərək birinci prezident demiş, uydurmalar, nağıllar, yalanlar və hədislər danışmaqla Ermənistanın təhlükəsizliyinə qəsd edirlər.

Politoloq onu da vurğulayıb ki, Ermənistan vətəndaşlarının 80 faizdən də çoxu "arsax" deyə pafoslu yalanlar danışan ambisiyalı  koçaryanlara, sarkisyanlara inanmamaqla həm də onları nəinki siyasətçi, hətta adi vətəndaş belə hesab etmir.

Əlavə edək ki, politoloq öz fikirlərini məhz birbaşa müraciət formasında açıqlayıb və əmindir ki, bu öz bəhrəsini verəcəkdir.

N.Qaramanlı

Oxşar xəbərlər