O, ilk vaxtlar xeyli tərəfdar toplasa da hakimiyyəti istefaya göndərib iransayağı dini rejim yaradacağı kimi sərsəm məqsədi olduğunu bildirəndən sonra isə barəsində müxtəlif mənfi fikirlər yarandı. Adının önünə müqəddəs mənasını verən Srpazan ləqəbini artırması isə onu həm də iqtidar mediasının rişxənd obyektinə çevirdi və onun "müqəddəs hərəkat" adlandırdığı etirazçılar toplumu getdikcə sayca azalmağa başlayaraq həm də adi reallıqdan uzaq olduğunu göstərdi. Keşiş isə özünü xəstəliyə vuraraq gözə görünməmək yolunu seçdi.
"Hraparak"ın bu günkü paylaşımında isə xəbər verilib ki, Bağrat Qalustyan yanvarın 28-də hay ordusunun yaranması günü ilə bağlı qapalı məkanların birində toplantı keçirəcək. Məkanın adının və toplantı saatının isə sonra deyiləcəyi bildirilib.
Sözügedən mətbuat agentliyi isə məsələyə öz münasibətini açıqlayaraq bildirib ki, yenə hardasa insanlara maraqlı olmayan cəfəngiyyatlar deməklə, boş vədlərlə nə əhaliyə, nə də orduya fayda gələ bilməz. Bu fikirlə isə razılaşmamaq olmur.
Nəsib