Göstərilir ki, İran prezidenti Məsud Pezeşkian "müqəddəs müdafiə şəhidi" adı verilən Oşavan Ayvazyanın arvadı Nina Harutyunyan və Qaqik Tumanyanın anası Hasmik Mirzoyanla görüşdə hər iki erməni barədə yüksək fikirlər səsləndirib, onların dini inanclarına xüsusi rəğbət bəslədiyini bildirib. Müsəlman ölkələrinə qarşı daim təxribatlar törətməkdə birincilik qazanan fars molla rejiminin yüksək rütbəli nümayəndəsinin on minlərlə müsəlmanın qatili olan hayların xatirəsini sükutla yad etdikdən sonra "Yasin" surəsini oxutdurması isə əlbəttə, bir çox gizli məqsədlərin çözülməsinə ip ucu verir.
Bəs, görəsən, İran aşiqlərinin bu olaya münasibəti necədir?
Marianna Qahramanyan adlı "Hraparak"ın əməkdaşı isə öz yazısında vurğulayıb ki, Məsud Pezeşkian Tehrandakı erməni kilsəsinə gələrək oradan bütün xristianları Yeni il bayramı ilə bağlı təbrik edib.
Nəsib