Analoji olay "Qloria" fabrikinin bir neçə rəhbər işçisi ilə də baş verib. Sözügedən fabrikin sahibi Baqrat Darbinyanın da həbs ediləcəyi ehtimal olunur. Müxbirin yazdığına görə, bu olaylar hazırda istintaq təcridxanasında olan məşhur korrupsioner Mamikon Aslanyanın fəaliyyəti ilə bağlıdır. Xatırladılıb ki, sözügedən fabrikinin işçiləri 2018-ci ildə həftələrlə küçələrdə gecələyərək Nikol Paşinyanın hakimiyyətə gəlməsini tələb edib. İndi həbs olunanlar isə inqilab zamanı daim nikolçulara maddi yardım edib.
Agentliyin qənaətinə görə, həbslər davamlı olacaq.
N.Qaramanlı