28.06.2025, 00:52
AZ EN
20.12.2024, 10:03 195

Haylar kompleksli yaşayır

XƏBƏRLƏR
  • Yazı üslubuna görə digər hay jurnalistlərdən tam fərqli olan Armine Ohanyan baş redaktoru olduğu "Hraparak"ın bu günkü yayımındakı "Kompleksləri yoxdur" başlıqlı məqaləsində göstərir ki, hər bir insanın daxilindən gələn özəl xüsusiyyətləri var. Kimsə yaşadığı binanın girəcəyində tabut qoyulduğunu görəndə hətta onu tanımasa belə sükutla keçir. O, daha sonra yazıb ki, ermənilər bir neçə onilliklərdir ki, aprelin 24-də heç bir əyləncəli tədbir keçirmirlər. Həmin gün "soyqırım" kimi tarixə düşüb.

Noyabrın 9-nun ermənilərin tarixində 1915-ci ildəkindən az faciəli olmadığını vurğulayan Armine əlavə edib ki, "son illər çoxlu itkilər verən yoxsul dövlətin başının üstündən yeni fəlakətlər asılıb... insanlar yayın bürküsundən sərinləmək üçün bir dəfə də olsun Sevan (əsl adı Göyçə- N.Q.) gölünə gedə bilməyib".

Bunun bütöv bir xalqın kompleksli olduğuna yeni sübut kimi nümunə gətirən baş redaktor onu da diqqətə çatdırıb ki, Afrika cəngəlliklərində yaşayanlar mənəvi baxımdan haylardan tam fərqlidir və heç bir kompleksləri yoxdur.

O daha sonra Fransa prezidentinin ərindən 24 yaş böyük olan arvadını misal çəkərək yazıb ki, yaşına, bədən əlamətlərinə baxmayaraq özünü kompleksiz hiss edən həmin qadın çimərlikdə fotosessiyalar edərək sosial şəbəkədə paylaşır və çoxları ona həsəd aparır.Ermınilərin isə daim kompleksli olacağına əminlik ifadə edən tanınmış jurnalist bunun səbəbini onların genlərində gəldiyini üstüörtülü xatırladıb.

Nəsib Qaramanlı

Oxşar xəbərlər