27.06.2025, 22:25
AZ EN
02.08.2024, 09:54 267

Haylar reallığı qəbul etmir

XƏBƏRLƏR
  • Genlərindəki bütün mənfilikləri 21-ci əsrdə də davam etdirən haylar son vaxtlar COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirlə bağlı sağlam düşüncədən uzaq ifadələr səsləndirməyə başlayıblar və "Hraparak"ın paylaşdığı xəbər də bunu təsdiqləyir.

Qeyd olunub ki, özünü "Miasin" ("birlikdə") adlandıran alternativ seçki qrupunun növbəti iclasında Kərki kəndi və Bakıda istintaq təcridxanasında olan erməni cinayətkarlar barədə müzakirə aparılıb. Haylar yenə də Azərbaycanın ünvanına əsassız fikirlər ünvanlayıblar. Deyiblər ki, rəsmi Bakı Kərik kəndinin geri qaytarılması tələbinə son qoymasa və separatçıları Ermənistana verməsə baş nazir Nikol Paşinyan COP29-da iştirak etməməlidir.

Onların deməsindən belə bir gülməli məqam yaranır ki, guya haylar sözügedən beynəlxalq tədbirdə iştirak etməsə, bütün dünya narazı olacaq. Ölkənin suveren ərazisi ilə beynəlxalq təşkilatların toplantısı məsələsini eyniləşdirən hayların bundan sonra da, özləri demiş, ağıllana bilməyəcəkləri isə şəksizdir.

Nəsib Qaramanlı

Oxşar xəbərlər