"Hakimiyyət yalnız Qərbdən gələn sifarişləri yerinə yetirməyə cəhd etsə də istəyinə nail ola bilmir", - deyə o, xatırladıb ki, Ermənistanın birinci prezidenti isə real demokratiya istəsə də dövrün siyasi olayları nəticəsində istefa verməyə məcbur oldu. Amma indiki hakimiyyət nə keçmişdən, nə də müasir reallıqdan öyrənmək istəmədiyi üçün yerində sayır. Müxalifət isə hələ də yetərincə sosial bazaya malik olmadığına görə Qərbdən gələn saxta demokratiya bazarında hər şey ucuzlaşıb.
O, daha sonra yazır: "Azərbaycan, əlbəttə, yalnız dəhlizlə kifayətlənmir. Onun başqa tələbləri də var. Bu ilk növbədə təkcə Qərbi Azərbaycandan olan azərbaycanlıların qayıdışını təmin etməkdən ibarət deyil, eyni zamanda Sevan (Göyçə -N.Q.) gölünün şərqinə və digər ərazilərə iddialardan ibarətdir".
Müəllif tam əmindir ki, əgər proses belə davam edərsə, Qərbin saxta demokratiyası deyil, Azərbaycanın iddiaları həyata keçəcəkdir.
Əlbəttə! Axı, Azərbaycan ədalət istəyir və ədalətin zəfər çalacağı uzaqda deyil.
Nəsib Qaramanlı