27.06.2025, 06:30
AZ EN
30.07.2024, 10:11 341

Uşaq bağçalarında video müşahidə sistemi yaradılır

XƏBƏRLƏR
  • Üzdə mədəniyyətdən, uşaqlara qayğıdan danışan ermənilərin təkcə məktəblərdə deyil, həm də uşaq bağçalarında olanlara qarşı kobudluq etmələri getdikcə çoxalır.

Politoloq Stepan Hasan-Calalyan "Hraparak"ın bu günkü yayımında paylaşdığı yazısında belə qənaətə gəlib. O, yazıb ki, Vedibasarın Kiçik Vedi kəndindəki uşaq bağçasında tərbiyəçinin azyaşlıları döyməsini əks etdirən videoçarx yayımlandıqdan sonra valideynlər şikayət etsələr də hüquq mühafizə orqanları tərbiyəçi barədə heç bir ölçü götürməyib. Bu azmış kimi,valideynlərə bildirilib ki, videoçarx montaj olunub və həqiqəti əks etdirmir. Erməni həyasızlığının davam edəcəyindən şikayətlənən valideynlər çox get-gəldən sonra, nəhayət, sözügedən uşaq bağçasında video müşahidə sisteminin quraşdırılmasına nail olublar.

Hazırda digər uşaq bağçalarında da analoji addım atılır deyən politoloq sonda ironiya ilə əlavə edib ki, öz sərhəddinin qorunmasını başqa dövlətə etibar edən dövlət, belə getsə, uşaq bağçalarında nəzarəti də başqasına həvalə edəcək.

Nəsib Qaramanlı

Oxşar xəbərlər