Hrazdan və Çarensavan kimi iri şəhərlərin sakinlərinə xidmət edən pasport şöbəsinin cəmi 7 əməkdaşı olduğunu və 100 km sahədə yerləşməsini işin səmərəli təşkilinə imkan vermədiyini xatırladan müxbir əlavə edib ki, səhər tezdən iş vaxtı bitənədək növbəyə düzülənlər dəfələrlə etiraz aksiyası keçirib normal şərait yaradılmasını tələb etsələr də rəis növbələrin normal hal olduğunu, əlavə işçilərə, kabinetlərə ehtiyac olmadığını bildirib. Bütün məsələlərdə kimisə təqsirli hesab etməyə vərdişli olan haylar belə duruma görə də Azərbaycanın ünvanına əsassız ifadələr işlədirlər. Deyirlər ki, guya Azərbaycan hayları Qarabağdan zorla çıxarıb və onlar sözügedən şəhərlərdə pasport almağa tələsdiklərindən belə növbələr yaranır. Lap gülməli bəhanədir.
N.Qaramanlı