17.06.2025, 08:23
AZ EN
22.07.2024, 11:53 386

Karen Demirçiyan kimin oğludur?

XƏBƏRLƏR
  • Bu gün "Hraparak" TV-də yayımlanmış bir videoçarxda 1975-1988-ci illərdə Ermənistan KPMK-nın birinci katibi işləyən, 1999-cu il oktyabrın 27-də isə Ermənistan parlamentinin sədri olarkən iclas zamanı terrorçuluq nəticəsində öldürülən Karen Demirçiyan barədə maraqlı faktlar açıqlanıb.

Qeyd olunub ki, onun anası yeniyetmə yaşında Türkiyənin Van şəhərindən İrəvana qaçqın gəlib. Erməni şairi Hovhannes Tumanyan özünün 10 uşağı olsa da onu və daha 20 kimsəsiz uşağı himayəsinə götürüb. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra isə onlar dövlət tərəfindən himayəyə götürülüblər və eyni binada yerləşdiriliblər. H.Tumanyan tez-tez onlara baş çəkib və K.Demirçyanın anası ilə daha mehriban münasibətdə olub. Tanınmış şair sonra onu yerli erməni ilə evləndirib. Karen anadan olanda isə adını məhz H.Tumanyanın istəyi ilə qoyublar.

Həmin videoçarxa yazılan bir neçə şərh də diqqət çəkəndir. Onlar yazıblar ki, Karen Demirçiyan şair Hovanes Tumanyanın oğludur.

Xatırladaq ki, K.Demirçiyan birinci katib təyin olunduğu zaman Ermənistan cəmiyyətində onun Hovanes Tumanın oğlu olması barədə söz-söhbət yayılmışdı. Ermənilərin indi də bu məsələdən danışması isə başadüşüləndir. Çünki qorxaqlıq kimi, qiybət də haylarda genetik xüsusiyyətdir.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR