05.08.2025, 11:13
AZ EN
04.07.2023, 15:00 350

Sabiq nazir xalqı axmaq yerinə qoyub

XƏBƏRLƏR

Bu sözləri Ermənistan parlamentindəki hakim "Vətəndaş müqaviləsi" fraksiyasının üzvü Vahaqn Aleksanyan sabiq xarici işlər naziri Vartan Voskanyan barədə deyib. "Lurer.com" bu gün xəbər yayıb ki, V.Aleksanyan öz FB hesabında bir sıra gerçəkləri paylaşıb. O, yazıb ki,Vatikan Voskanyanın müəllifi olduğu layihədə "arsaxın" Azərbaycan ərazisi olduğunu tanıyanlar barədə cinayət işinin açılması göstərilir və bu, olduqca gülünc görünür. Belə ki, Voskanyan R.Koçaryanın prezidentliyi dövründə xarici işlər naziri olarkən Qarabağın Azərbaycanın ərazisi olduğunu tanıyıb və bununla bağlı sənədə imza atıb. İndi isə o da Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və başqaları kimi həyasızlıqla bildirir ki, 44 günlük müharibəni xalqın boynuna bağlayan Nikol Paşinyan və komandası olub. Halbuki, 2018-ci ildəki inqilabdan bir həftə öncə Serj Sarkisyan parlamentdə çıxış edərək  Azərbaycanla bağlı hər bir məsələnin müharibə yolu ilə həllinə üstünlük verdiyini bildirmişdi.

"Cənab Voskanyan doğrudanmı elə fikirləşir ki, adamların yaddaşı pozulub", - deyə hakim partiyanın funksioneri belə sabiqlərin xalqı qanmaz yerinə qoyaraq gündəmdə qalmaq istədiklərini xüsusi ibarələrlə vurğulayıb.

N.Qaramanlı

Oxşar xəbərlər