28.06.2025, 04:38
AZ EN
16.07.2024, 15:06 357

Metro jetonsuz işləyəcək

XƏBƏRLƏR
  • "Hraparak"ın bu günkü sayında xəbər verilir ki, Karen Demirçiyan adına  metropolitendə 2025-ci il yanvarın 1-dən gediş haqqı qaydası dəyişdiriləcək. Əlavə olunub ki, hələ də metrostansiyalarda jeton sistemindən istifadə edilir və əhali arasında yeni qaydalarla bağlı maarifləndirici işlərə başlanılıb.

Yerüsrü ictimai nəqliyyatda isə sentyabrın 1-dən vahid ödəmə sistemi başlayacaq və bu oktyabrın sonu, noyabrın əvvəllərində yekunlaşacaq. Gələn il yanvarın 1-dən isə bütün nəqliyyat növlərində gediş haqqı vahid metodla, yəni kartla həyata keçiriləcək.

Məlum olduğu kimi, haylar yeniliyi guya tez mənimsəmələri barədə həmişə lovğalıqla bildirirlər. Amma, göründüyü kimi, onlar hələ də jetonlarla ödəniş edirlər. Halbuki, Azərbaycanda və qonşu Gürcüstanda 10 ilə yaxındır ki, gediş haqqı vahid kartla ödənilir.

N.Qaramanlı

Oxşar xəbərlər