27.06.2025, 07:52
AZ EN
05.07.2024, 13:54 379

Ermənilər ölüdən də faydalanmaq istəyirlər

XƏBƏRLƏR
  • Qarabağdan könüllü köçən, övladları 1 günlük antiterror əməliyyatı zamanı ölən ermənilər artıq 7 aydır ki, demək olar hər gün hökumət binasına gələrək hökumətin Azərbaycanla danışıqlar zamanı onların övladlarının nəşinin İrəvana verilməsini təşkil etməyi tələb edirlər.

Bu xəbəri paylaşan "Hraparak" əlavə edib ki, həmin valideynlər övladlarını Xankəndidə  dəfn etsələr də onlara qəbirüstü abidə qoymadan Ermənistana köçüblər. İndi isə tələb edirlər ki, burada onların nəşinin dəfn edilməsi üçün xüsusi yer ayrılsın, sonra isə abidə ucaldılsın. Sağlam məntiqə sığmayan bu təşəbbüs bir daha deməyə əsas verir ki, ermənilər hətta ölüdən yararlanmaq xəstəliyinə də yoluxublar. Reallıq isə budur ki, 1 günlük antiterror əməliyyatı zamanı ölənlərin meyitinin, yaxud qalıqlarının başqa dövlətə verilməsi barədə heç bir hüquqi əsas yoxdur və hətta Ermənistan bununla bağlı xahiş edərsə ona rədd cavabı verilməlidir.

N. Qaramanlı

Oxşar xəbərlər