Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də İranın Azərbaycana qarşı həyata keçirdiyi dron hücumları ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan tərəfi bu cür hücumların ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş qəbuledilməz addım olduğunu vurğulayıb və yaranmış vəziyyətlə bağlı görülən tədbirlər barədə məlumat təqdim edib.
Əhməd Attaf mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edib, gərginliyin artmasının yolverilməz olduğunu bildirib və problemlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında, dialoq və diplomatik vasitələrlə həllinin vacibliyini qeyd edib. Əlcəzair naziri ölkəmizlə həmrəyliyini ifadə edib.
Telefon danışığı zamanı tərəflər Azərbaycan ilə Əlcəzair arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərini də müzakirə ediblər. (Report)