09.03.2026, 09:37
AZ EN
08.03.2026, 11:42 86

Laçın bal festivalına doğru ilk addımlar atılıb

ŞƏRQİ ZƏNGƏZUR
  • Laçın balının dünyada tanıdılması məqsədilə görüləcək işlər və gələcək planlar Laçın şəhərində keçirilən arıçıların ilk toplantısında müzakirə olunub. Görüş Laçın rayonunun işğaldan azad olunmasından sonra laçınlı arıçıların doğma şəhərlərində keçirdikləri ilk toplantı kimi əlamətdar olub.

Tədbir çərçivəsində Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov və assosiasiyanın idarə heyəti Laçın şəhərində arıçılarla geniş tərkibdə görüş keçirib.

Toplantıda, həmçinin Laçın Arıçılar Birliyinə yeni sədr seçilib. Bu vəzifəyə peşəkar arıçı-mütəxəssis Pərvin Mehdiyev təyin olunub. Yeni sədrin əsas vəzifəsi qarşıdakı iki il ərzində Laçında bal festivalının keçirilməsi, Laçın balının dünyada tanıdılması, həmçinin rayonun bal istehsalçılarına arı xəstəlikləri ilə mübarizədə və orqanik bal istehsalı istiqamətində, xüsusilə də amitraz tərkibli dərmanlardan imtina olunmasına dəstək verməkdən ibarətdir.

Qeyd edək ki, Laçın Arıçılar Birliyi 2018-ci ildə Azərbaycan Arıçılar Assosiasiyasının nəzdində yaradılıb. (AZƏRTAC)

Oxşar xəbərlər