Tədbirdə gənc bəstəkar və “Qarabağ” futbol klubunun rəsmi himninin müəllifi Rüzgar Əhmədzadə çıxış edib. Tədbirdə Azərbaycanın aşıq və muğam musiqisi barədə məlumat verilib, bu janrlardan nümunələr dinlənilib. Həmçinin, Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətindəki misilsiz rolu barədə danışılıb.
Tədbir çərçivəsində Azərbaycan mədəniyyətinin tanıdılmasının əhəmiyyəti vurğulanıb və bu kimi görüşlərin tələbələr arasında mədəni dialoqun inkişafına töhfə verdiyi bildirilib. (AZƏRTAC)