Xatırladaq ki, A.Bştikyan Ermənistan KP MK-nın orqanı olan və 1989-cu ilədək Azərbaycan dilində nəşr olunan "Sovet Ermənistanı" qəzetinin erməni foto müxbirinin yaxın qohumudur. Bunu o, özü açıqlayıb.
Paşinyanın komandasını Qərbə meyl göstərməkdə suçlayan A.Bştikyan deyib ki, onlar hakimiyyətə gələndə uşağı bəzəkli konfet kağızı göstərilib sakitləşdirildiyi kimi xalqı da müxtəlif bəzəkli vədlərlə, "rus sapoqundan xilas etməklə" şirnikləşdirdilər.
Əlavə edib ki, buna nail olunması üçün adi reallığı belə qəbul etməyən iqtidar Avropaya, xüsusilə Fransaya ümid bəsləsə də Avropa Şurasındakı son seçkilər bu ümidi də "sunami" ilə məhv etdi. Makronun blokunun yetərincə səs toplaya bilməməsindən sonra yeni yollar arayan hakimiyyətin indi də "xalqa başqa, daha bəzəkli konfet kağızı göstərir"- deyən Bştikyan nə Fransa, nə də başqa bir qərb ölkəsi deyil, məhz Türkiyə ilə münasibətlərin qurulmasının faydalı olacağını xüsusi vurğulayıb. Bu isə əlbəttə, reallığın gec də olsa etirafı anlamına gəlir.
Nəsib Qaramanlı