27.06.2025, 02:22
AZ EN
26.04.2024, 10:43 298

Paşinyanın tarix müəllimi həqiqəti etiraf edib

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Areq Markaryanın baş nazir Nikol Paşinyana orta məktəbdə tarix fənnini tədris edən Aşot Paşinyanla müsahibəsi bəzi məqamlara aydınlıq gətirib.

Jurnalistin "Şagirdiniz Tauşun kəndlərinin təslim edilməsi barədə danışır. Onun mövqeyini bölüşürsünüzmü?" sualı ilə bağlı tarix müəllimi belə deyib: "Biz kənd təslim etmirik. Həmin kəndlər heç vaxt bizim olmayıb. Belə ki, onlar əvvəldən Qazax rayonunun kəndləridir". Sözügedən kəndlər Qazaxa qaytarılacağı halda erməni kəndlərinin guya blokadaya düşəcəyi barədə fikirlə də barışmayan tarix müəllimi xatırladıb ki, əvvəllər də Azərbaycan tərəfdən blokada olmayıb, indi də olmayacaq, əksinə ermənilər özünə məxsus olmayan kəndləri zəbt edib. Azərbaycan isə Tauşda heç bir erməni kəndini tutmayıb. Tarix müəllimi Bakıda istintaq təcridxanasında olanlar barədə narazılıq ifadə edən və bu işdə də Nikol Paşinyanın günahkar olduğunu da deyən  jurnalistin fikirlərini təkzib edərək gələcəkdə bu məsələnin də həll ediləcəyinə inam ifadə edib. Daha sonra isə bildirib ki, özü bir çox olayların şahididir və indiki reallıqda Nikol Paşinyanın istefasını tələb etmək heç düzgün deyil. Çünki onu əvəz edə biləcək siyasətçi yoxdur deyə o, Paşinyanın doğru yolda olduğunu vurğulayıb.

Nəsib Qaramanlı

Oxşar xəbərlər