"Hraparak"ın bu günkü sayında bildirilib ki, baş nazir Əskiparaya şosse yolu ilə deyil, helikopterlə gedib. Buna səbəb isə oraya yolun Azərbaycanın suveren ərazisindən keçməsi olub. Agentlik öz mənbəyinə istinadən əlavə edib ki, baş nazir Əskiparaya quru yolla deyil, hava məkanından istifadə edib getməklə Azərbaycanın ərazi bütövlüyünü bir daha tanıdığını sübut etmək istəyib. O da xatırladılır ki, Avropa İttifaqının Ermənistandakı "müşahidə missiyası"da Əskiparaya helikopterlə gedibmiş və oradakı haylar tərəfindən narazılıqla qarşılanıblar.
N.Qaramanlı