Ermənistan mətbuatı xəbər verir ki, dünən İrəvanda meri vəzifəsinə seçki keçirilib. Bu gün səhər saat 10-da isə seçkinin ilkin nəticələri açıqlanıb. Hakim "Vətəndaş müqaviləsi" partiyasından namizəd Tiqran Avinyan 32,57 faiz səslə irəlidədir və mer seçilmək hüququ qazanıb. yerdə qalan səsləri isə digər 14 partiyanın namizədləri toplayıb. "Respublika" partiyasının funksioneri, parlamentin sabiq vitse spikeri Eduard Şarmazanov öz FB hesabında paylaşıb ki, hakim partiyanın namizədinin 32,57 faiz səs toplaması baş nazir Nikol Paşinyanın öz sosial bazasını getdikcə itirməsindən xəbər verir.
N.Qaramanlı