27.06.2025, 02:20
AZ EN
08.09.2023, 14:43 354

Anna Hakopyan etnik yaltaqlığını sübut etdi

XƏBƏRLƏR

"Hraparak"ın müxbiri Sona Adamyan "Havadan asılı, ünvansız çıxış" başlıqlı məqaləsində yazır ki, baş nazirin arvadı Anna Hakopyan sentyabrın 6-da Kiyevdə birinci xanımların görüşündə çıxış da edib. Deyib ki, Azərbaycan "arsaxlıları" humanitar fəlakətlə üzləşdirib və s. Bununla bağlı Ermənistanın 7-ci çağırış deputatı Anna Kostanyan öz fikirlərini açıqlayıb. Deyib ki, Ukrayna ilə Azərbaycan strateji əhəmiyyətli tərəfdaşlıq şəraitində yaşayır. Azərbaycan dəfələrlə Ukraynaya humanitar yardım edib. Ermənistanı isə hamı Rusiyanın tərəfdaşı kimi tanıyır, bildirilir ki, İran dronları məhz Ermənistan vasitəsilə Rusiyaya daşınır. Nəticədə isə Ukrayna bombalanır. Belə bir şəraitdə Anna Hakopyanın "arsax" məsələsindən danışması siyasi savadsızlıq nümunəsi olmaqla həm də gülməli görünür deyən sabiq deputat əlavə edib ki, Ukraynada 3 "arsax" (Krım, Donetsk, Luqansk) var və bunlar Rusiyanın nəzarətindədir. Anna Hakopyanın çıxışının yalnız erməni-rus münasibətlərinə xələl gətirə biləcəyini xatırladan sabiq deputat belə "birinci" ilə heç bir müsbət nəticə əldə olunmayacağını da deyib.

Məqalənin müəllifi isə onun fikirləri ilə həmrəy olduğunu bildirib.

Nəsib

Oxşar xəbərlər