28.06.2025, 00:33
AZ EN
17.08.2023, 15:34 410

Ermənilər qapaqlarla aksiya keçirib

XƏBƏRLƏR

Ermənilərin hər dəfə bir hoqqa çıxarması artıq adi hala düşüb. Bu gün isə bir qrup qadın hökumətin iclası getdiyi binanın önündə müxtəlif xörək qazanlarının qapaqlarını bir-birinə vuraraq hay-həşir salıblar. Bu barədə xəbər verən "Hraparak" əlavə edib ki, onlar "arsaxın müstəqilliyinin" tanınmasını tələb ediblər. Bildiriblər ki, Qarabağdakı ermənilər Ermənistan vətəndaşı pasportuna malikdirlər və ona görə də hakimiyyət onları müdafiə etməlidir. Qəribə məntiqdir! Əgər Xankəndidəki haylar Ermənistan vətəndaşı pasportu daşıyırlarsa, deməli miqrasiya tələblərinə uyğun olaraq müəyyən vaxt ərzində ərazini boşaltmalı və sərhəddi qeyri-qanuni keçdiklərinə görə cavab verməlidirlər.

Nəsib

Oxşar xəbərlər