"Hraparak"ın verdiyi məlumata görə bu gün Xankəndidə "Xalq hərəkatı qərargahı" adlanan separatçı qrupun üzvləri Xankəndidə mitinq keçirib. Az adamın iştirak etdiyi həmin mitinqin iştirakçılarından biri deyib ki, yol bağlı olduğuna görə ərzaq qıtlığı yaranıb. "Sabah kartof da, bankomatdan pul da qurtaracaq. Onda nə edəcəyik? Acından ölməliyik?", - deyə o Ermənistan hakimiyyətinin və rusların ünvanına kəskin tənqidlər ünvanlayıb.
Nəsib