O, deyib ki, Məsud Pizeşkian 2015-ci ildə ABŞ və Avropa ölkələri ilə bağlanmış nüvə sazişini həyata keçirməyə qadirdir. Agentlik əlavə edib ki, bu çağırışa İranın sabiq prezidenti Məhəmməd Xatəmi də qoşulub.
İranın qonşu və dost ölkə olduğunu xatırladan "Hraparak" daha sonra bildirib ki, iyunun 28-dəki prezident seçkisi ilə bağlı Məsud Pizeşkianın Təbrizdə keçirdiyi mitinqdə Azərbaycan dilində mahnılar oxunub, kitablar nümayiş etdirilib, bölgədə Azərbaycan dilində məktəblər açılmasına dair şüarlar səsləndirilib.
Agentlik sonda yazıb: "Sirr deyil ki, İranda böyük Azərbaycan icması var. Burada yaşayan azərbaycanlılar əllərindən gələni edəcəklər ki, ölkənin yüksək vəzifələrindən biri onların soydaşlarına etibar edilsin. Bu həm onların öz maraqlarına, həm də xüsusilə Ermənistanla münaqişə şəraitində olan rəsmi Bakının mənafeyinə tam uyğundur".
Göründüyü kimi, ermənilərin yuxusuna haram qatılıb.
Nəsib Qaramanlı