27.06.2025, 03:30
AZ EN
16.05.2023, 11:59 405

Paşinyana hücum artıb

XƏBƏRLƏR
  • Brüsseldəki üçtərəfli görüşdən sonra Ermənistanın baş naziri Nikol Paşinyana qarşı söz hücumu daha da artıb və ona qarşı terror aktı da həyata keçiriləcəyi barədə fikirlər səslənməkdədir.

Ermənistan parlamentindəki "Badiv unem" fraksiyasının üzvü Tiqran Abrahamyan bu söz savaşında öndə olanlardandır.

"Hraparak"ın müxbiri Karen Martirosyan bu günkü məqaləsində yazır ki, Brüsseldəki görüş zamanı tərəflər öz mövqelərini açıqlayıblar. Paşinyan iki həftə öncə Azərbaycanın tərkibində muxtariyyat barədə danışırdılar. Brüsseldə tam başqa mövqe tutaraq Qarabağın Azərbaycanın ərazisi olduğunu tanıdığını bildirdi ki, bu satqınlıqdır.

Deputat daha sonra deyir: "Bəli, o, ictimaiyyətə açıq mətnlə dedi ki, satqın olmağa və bu adı daşımağa hazırdır."

Belə olduğu təqdirdə xalqın onu bağışlamayacağını iddia edən deputat ona qarşı fiziki güc tətbiq ediləcəyini də istisna etməyib.

Yerigəlmişkən, xatırladaq ki, münaqişənin həlli üçün müəyyən razılaşma olduğu zaman 1999-cu il oktyabrın 27-də ermənilər parlamentdə spiker və baş nazir də daxil olmaqla bir neçə nəfəri terrorla öldürmüşdü. Bu və digər faktlar deməyə əsas verir ki, ermənilər terror aktları ilə Paşinyanı da aradan götürə bilərlər.

N.Qaramanlı

Oxşar xəbərlər