Böyük Qayıdış işğaldan azad olunmuş ərazilərə yeni həyat gətirir, bu yerlərin dirçəlişini sürətləndirir. Məcburi köçkünlərin doğma yurdda dayanıqlı məskunlaşması və reinteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Böyük Qayıdış Proqramı çərçivəsində hər bir dövlət qurumu ona verilmiş vəzifələrin icrası ilə bu prosesə dəstək olur. Bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrində əhalinin adaptasiyası üçün reinteqrasiya tədbirləri, icma əsaslı inkişaf layihələri həyata keçirilir.
Dövlət Komitəsi Zəngilan rayonunun Ağalı kənd sakini Seyfəddin Ağalı, Laçın rayonunun Zabux kənd sakini Tahir Hüseynov və Tərtər rayonunun Talış kənd sakini Bəybala Aslanovun fikirlərinin yer aldığı videoçarxları təqdim edir.