İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Abovyan) rayonunun Qaraqala kəndi rayon mərkəzindən şimal-şərqdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. Toponim rəng bildirən qara sözü ilə qala sözünün birləşməsindən əmələ gəlmişdir. Mənası "qara daşdan tikilmiş qalanın yanında olan kənd" deməkdir. Əvvəllər kənddə yalnız azərbaycanlılar yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş, kəndə Türkiyə və İrandan köçürülən ermənilər yerləşdirilmişdir. Sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdir. Qaraqalada 1918-ci ildə 899 nəfər azərbaycanlı yaşamışdır. 1931-ci ildə isə 60 nəfər azərbaycanlı olmuşdur. 1948-1949-cu illərdə azərbaycanlılar zorla qovulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 21 iyun 1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək Sevaberd (Qaraqala) qoyulmuşdur.
İsa MUSAYEV