Laçın şəhərində məskunlaşdıqdan sonra Dövlət Məşğulluq Agentliyi tətəfindən işlə təmin olunan Söhrab Həsənov hazırda bağban vəzifəsində çalışır.
Söhrab Həsənovun 20 yaşı olub Laçın işğal olunanda. Uzun illər məcburi köçkün həyatı yaşayıblar.
O, qürur hissi ilə deyir ki, 52 yaşımda övladlarımla, nəvələrimlə bu gün Laçındayıq: “Qayıdışdan sonra mən işlə bağlı Məşğulluq mərkəzinə müraciət elədim. Onlar bizi yönləndirdi “Azərenerji” yə, onlar da “Yaşıl Enerji Elektrik Stansiyası”( MMC-yə) yönləndirdilər. İşə götürməmişdən əvvəl maarifləndirici kurslar, təlimatlar keçdim. Yeni yaradılmış bağbanlıq sahəsində işə qəbul oldum. Sevə-sevə öz Vətənimizdə, yurdumuzda işləyirik. Bundan gözəl bir şey ola bilməz. Mən buna görə Məşğulluğa və “Azərenerji”yə öz minnətdarlığımı bildirirəm. Sağ olsunlar ki, işə götürülən işçilər arasında əsasən Laçına köçən laçınlılara üstünlük verirlər. Mən də onlardan biriyəm, işləyirəm. Allah cənab Prezidentimizə cansağlığı, uzun ömür versin. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Qazilərimizə cansağlığı arzulayırıq ki, bu gün onların sayəsində biz burdayıq. Doğma yurdumuzda işimizlə məşğuluq”.
Tahirə AĞAMİRZƏ