05.08.2025, 03:11
AZ EN
12.01.2023, 11:50 393

Şərqi Zəngəzurda işləmək istəyənlərin nəzərinə

ŞƏRQİ ZƏNGƏZUR
  • Şərqi Zəngəzur İqtisadi rayonunda aparılacaq tikinti-quruculuq işlərində çalışmaq istəyən şəxslər üçün əmək yarmarkası təşkil olunacaqdır.

Cəbrayıl Rayon İcra Hakimiyyətindən bu barədə verilən məlumatda bildirilir ki, Şərqi Zəngəzur İqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə xidməti Cəbrayıl, Zəngilan, Qubadlı rayonu ərazilərində əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin, eləcə də digər infrastruktur obyektlərin tikintisində çalışmaq üçün işçi qüvvəsinə tələbat yarandığını nəzərə alaraq əmək yarmarkası təşkil edəcəkdir. Əmək yarmarkasında ali, orta, peşə təhsili olan mütəxəssislər və əməkqabiliyyətli digər şəxslər iştirak edə bilərlər.
Əmək yarmarkası 16 yanvar 2023-cü il tarixdə saat 11:00-da əhalimizin müvəqqəti məskunlaşdığı Cəbrayıl qəsəbələrində keçiriləcəkdir. (Ünvan: 4 saylı qəsəbə klubu)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR