Dövlət satınalmalarının vahid internet portalının məlumatına görə, görləcək işlər Cəbrayıl rayonunun Maşanlı, Soltanlı, Böyük Mərcanlı, Sarıcalı kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin tikintisi çərçivəsində aparılacaq.
Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı müvafiq işlərə start verib.
Qurum hazırda sözügedən işləri icra edəcək şirkətimüəyyənləşdirməkdədir.
Eyni zamanda görüləcək işlərin 7,305 milyon manata başa gələcəyi proqnozlaşdırılıb. (Trend)