17.06.2025, 00:06
AZ EN
29.05.2025, 16:28 216

Laçının Bəylik kəndində yaşayış üçün hər bir şərait yaradılıb

ŞƏRQİ ZƏNGƏZUR
  • Laçın rayonunun Bəylik kəndində sakinlərin normal yaşayışı üçün hər bir şərait yaradılıb.

Bunu açıqlamasında Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Hüseyn Quliyev deyib.

O bildirib ki, işğal dövründə Laçının digər yaşayış məntəqələri kimi Bəylik kəndi də tamamilə dağıdılıb:

“İşğaldan azad edildikdən sonra Laçın şəhəri, rayonun Zabux, Sus, Bəylik kəndləri qısa müddət ərzində yenidən qurularaq sakinlərin ixtiyarına verilib.

Kənddəki evlər müasir tələblərə uyğun səviyyədə yüksək keyfiyyətlə inşa edilib. Evlər elektrik enerjisi, təbii qaz və su ilə təchiz edilib. Kəndarası yolların keyfiyyəti yüksəkdir.

Bir sözlə, Bəylik kəndində yaşamaq və çalışmaq üçün bütün imkanlar yaradılıb. Həmçinin sakinlərin asudə vaxtlarını səmərəli keçirmək məqsədilə klub icma mərkəzi yaradılıb”. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR