14.12.2025, 23:10
AZ EN
05.12.2025, 12:00 204

Qarabağ Universiteti “GİNius 86.600 – Fibonacci intellektual-əyləncəli oyunu”nun final mərhələsinə ev sahibliyi edib.

QARABAĞ
  • 26 noyabr 2025-ci il tarixində Qarabağ Universitetində Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə təşkil olunan “GİNius 86.600 – Fibonacci intellektual-əyləncəli oyunu”nun final mərhələsi keçirilib.

Bu barədə universitetin məlumatında bildirilib.

Final mərhələsində Xankəndidən gələn və yarımfinaldan keçən 6 komanda iştirak edib: Bakı Ali Neft Məktəbinin “Royal Flash” və “Uptech”, Azərbaycan Tibb Universitetinin “Hiphoprat”, Azərbaycan Dövlət İqtisad Universitetinin “Ozimondias”, Bakı Dövlət Universitetinin “Scriptorium” və “Lusıfir4”.

Açılış mərasimində Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elnur Abdullayev çıxış edərək tədbirin önəmini vurğulayıb, finalçılara uğurlar arzulayıblar.

Turnirdə 40-dan çox ali və orta ixtisas təhsili müəssisəsinin komandası iştirak edib. Yekunda birinci yerə Bakı Ali Neft Məktəbinin “Uptech” komandası, ikinci yerə Bakı Dövlət Universitetinin “Lusıfir4” komandası, üçüncü yerə isə Bakı Ali Neft Məktəbinin “Royal Flash” komandası layiq görülüb.

Qeyd edək ki, bu oyun Zəfər Gününün beşinci ildönümünə həsr olunub.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər