15.04.2026, 17:45
AZ EN
15.04.2026, 15:47 212

Laçındakı “Bəylik bağları” bərpa olunur

ŞƏRQİ ZƏNGƏZUR
  • Otuz ildən artıq işğal dövrü yaşayan torpaqlarımızda, düşmən flora və faunaya misilsiz ziyan vurub. Demək olar ki, bütün şəhər və kəndlərin  meşə örtüyü, yaşıllığı tamamilə məhv edilib. Qırx dörd günlük Vətən müharibəsindən sonra düşmən tapdağından azad olunan Qarabağ və Şərqi Zəngəzur ərazilərində tikinti-bərpa işləri ilə yanaşı, abadlaşdırma və yaşıllaşdırma işləri geniş şəkildə vüsət alıb. Laçın rayonunun Bəylik kəndidəki “Bəylik bağları” bərpa olunur.

“Vətən səsi” xəbər verir ki, Bəylik kəndi tarixən öz minbit torpağı və müxtəlif növ meyvə ağaclarından ibarət məşhur bağları ilə tanınıb. İşğal dövründə həmin bağlar ekoloji terrora məruz qalıb, kəndin tarixi  yaşıllıq örtüyü  tamamilə məhv edilib. Kənddə keçirilən ağacəkmə aksiyası, işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan ümumi ekoloji tarazlığın bərpası startegiyasının tərkib hissəsidir. Tədbirin əsas məqsədi kəndin tarixi simvolu olan meyvə bağlarını yenidən salmaqla, ərazinin aqrar, ekoloji balansını dirçəltməkdir.

Prezidentin Laçın rayonundakı xüsusi nümayəndəsi Nəsim Məmmədov “ARB24” televiziyasına açıqlamasında bildirib ki, yenidən qurulan Bəylik kəndi 2025-ci il  mayın 27-də Prezident İlham Əliyevin iştirakı ilə rəsmi açılışdan sonra sakinlərə mənzillərinin açarları təqdim olunub: “Həmin dövrdən kəndin ərazisində yaşıllaşdırma  abadlaşdırma işlərinə xüsusi diqqət  yetiririk”.

Xatırladaq ki, ötən həftə Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə “Bəylik kəndinin “Bəylik bağları” ərazisində ağacəkmə aksiyası keçirilib. Fondun İdarə Heyətinin sədri  Rəhman Hacıyev “ARB24”ə açıqlamasında deyib ki, layihə çərçivəsində ərazidə bir neçə yüz müxtəlif meyvə ağacları o cümlədən badam, qoz və üzüm tingləri əkilib: “Hesab edirik ki, bu tip layihələr  çox vacibdi. Çünki işğal zamanı bütün təbiətimizə və meyvə bağlarına çox ciddi ziyan vurulub. Hazırda işğaldan azad edilmiş ərazilərdə bu istiqamətdə müxtəlif layihələr icra olunur”.

Röya SALMANQIZI

 

Oxşar xəbərlər