26.09.2025, 02:42
AZ EN
22.09.2025, 17:21 113

Ağdamda bərpa-quruculuq işləri genişlənir

QARABAĞ
  • Ağdam şəhərinin yenidən qurulması çərçivəsində daha bir irihəcmli layihənin icrasına başlanıb.

"Vətən səsi" xəbər verir ki, yenidən qurulan Ağdam şəhərindəki beşinci yaşayış massivi, məhəllə O-130 üzrə binaların tikintisi işlərinin satın alınması ilə bağlı tenderin qalibi müəyyən edilib.

“Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidməti” publik xüquqi şəxsin elan etdiyi tenderin qalibi “ANG” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Müqavilənin ümumi məbləği 9 milyon 99 min 651,54 manat təşkil edir. Layihənin ehtimal olunan qiyməti 9 milyon 169 min 651,73 idi.

Beləliklə, Ağdam şəhərində ümumi dəyəri 9 milyon 99 min 651,54 manat olan mənzillərin tikinti podratçısı “ANG” MMC olub. Bu layihənin icrası ilə Ağdam şəhərində bərpa-quruculuq işlərinin coğrafiyası bir qədər də genişlənmiş olacaq.

Xatırladaq ki, həmin şirkət işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq layihələrinin fəal iştirakçılarındandır. Belə ki, “ANG” MMC bundan əvvəl Cəbrayıl rayonunun Şükürbəyli kəndində 73 fərdi yaşayış evinin tikintisini həyata keçirib.

Elxan SALAHOV

Oxşar xəbərlər