Yaşayış məntəqəsini kolanı tayfasına mənsub ailələr Çərəktar adlı yerdə saldıqları üçün belə adlandırılmışdır. Çərəktar "icarəçi" deməkdir. Görunur, kəndin ərazisi əvvəllər əkin sahəsi kimi icarəyə verilirmiş.
Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ilin mart ayında kənd uğrunda gedən döyüşlərdə Ermənistan ordusuna məxsus 2 helikopter və 1 tank məhv edilib.Kəlbəcərin işğalı zamanı Çərəkdar kəndi də Ermənistan ordusu tərəfindən işğal edilmişdir. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən kənd Rusiya sülhməramlılarının nəzarəti altına keçmişdi. 20.09.2023-cü il tarixində keçirilən lokal anti-terror əməliyyatı nəticəsində kənd Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.
Tahirə AĞAMİRZƏ