Güllücə kəndinin şimalında tunc və dəmir dövrlərinə aid olan Töyrətəpə kurqanları, kəndin cənubunda isə ilkin orta əsrlərdən qalma Karvansaratəpə və Çaparyeri adlanan qədim yaşayış məskəninin qalıqları var. Güllücə və Suma kəndlərinin arasında müqəddəs yer – Güllücə ocağı adlı ziyarətgah mövcuddur. İşğala qədərki dövrdə Güllücə kəndində klub, orta məktəb, 2 kitabxana, 2 uşaq bağçası, xəstəxana, rabitə şöbəsi, telefon stansiyası, şərab zavodu və müxtəlif ticarət-iaşə obyektləri var idi.
Əhalinin əsas məşquliyyəti heyvandarlıq, taxılçılıq, üzümçülük və baramaçılıq olub.
Güllücə kəndi 1994-cü il aprel ayının 16-da Ermənistan ordusu tərəfindən işğal olunub. 20 Noyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Tahirə AĞAMİRZƏ