Çimən kəndi Azərbaycan Respublikasının Füzuli rayonunun Cuvarlı kənd inzibati ərazi vahidində yerləşir. Kənd dağətəyi ərazidədir. Əsl adı Çəməndir. Ehtimal olunur ki yaşayış məntəqəsi çəmənlikdə salındığı üçün belə adlandırılmışdır. Lakin oykonimin çəmənli tayfasının adından götürüldüyü də istisna edilmir. Şahbuz rayonunun Biçənək və Keçili kəndlərində Çimənyurd adlı yerlər də vardır. 1993-cü ildə işğal olunmuş kənd 17 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən azad olunmuşdur.
İsa Musayev