05.08.2025, 14:11
AZ EN
08.07.2023, 08:39 330

Ağdam rayonu, Yeni Qaralar kəndi

QARABAĞ

Azərbaycan Respublikasının Yeni Qaralar kəndi Yeni Qaralar kənd inzibati ərazi dairəsindədir. Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 1991-ci il tarixli, 441 saylı Fərmanı ilə o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Mardakert rayonunda Yeni Qaralar kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Yeni Qaralar kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Uzun illər erməni işğalında olan kənd 20 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən azad edilmişdir.

İsa Musayev

Oxşar xəbərlər