04.08.2025, 18:34
AZ EN
24.06.2023, 10:00 486

Ağdam rayonu, Maqsudlu kəndi

QARABAĞ

Azərbaycan Respublikasının Ağdam rayonunun Maqsudlu kəndinin yerli əhalisi əsasən türklərdən formalaşmışdır. Ağ Hunların davamçıları sayılan bu kəndin əhalisi Asiyadan Anadoluya, daha sonra Naxçıvana, sonra isə Ağdam rayonu ərazisinə gəlmişlər. Xarici görünüşləri əsl türklərə aid hündür boy, rəngli gözləri ilə seçilir. Kənd məşhur ağ daş karxanasıyla tanınır. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan Ağdam şəhərində özü üçün ag daşdan (Maqsudludan əldə edilən) imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ mərkəzə çevrilib. Bu mənada "Ağdam" - günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Ağdam şəhər mərkəzinə ən yaxın olan kəndlərdən biridir. Qədim tarixə malik olan bu kənddə XV-XVIII əsrlərə aid tarixi tikililər var. 

İsa Musayev

Oxşar xəbərlər