03.05.2025, 00:26
AZ EN
30.12.2022, 11:30 207

Ermənistanın müdafiə naziri şoumendir

YAZILAR
  • İrəvandakı iri  kabinetində darıxdıqca yanına 2-3 general salıb vəziyyətlə yerində tanış olmaq bəhanəsiylə bölgələrə dincəlməyə gedən Ermənistan müdafiə naziri Suren Papikyan, sən demə, həm də İrəvan Dövlət Universitetinin Qəyyumlar Şurasının rəhbəri vəzifəsini qamarlayıbmış.

İl başa çatdığına görə rektorluq istəyib ki, heç olmasa az maaşlı işçilərə bir az pul versin ki, onlar da bayramda yeyib-içsinlər, gedib küçədə qışqırmasınlar ki, belə də "amanor", yəni yeni il olar?! Universitetin baş hesabdarı deyəndə ki, ay rektor, Vazgenin goru haqqı, nə kassada, nə də bankdakı hesabımızda dram nədir, türklər demiş, heç  qəpik də yoxdur, rektorun gözləri hürkmüş dana gözünə dönüb və xeyli  su içdikdən sonra Müdafiə Nazirliyinə gedərək Surenlə "razborka" üçün düz 2 saat onun kabinetinin qarşısında gözləyib. Cin stına minib çıxıb getmək istəyirmiş ki, katibə bir də içəri girib Surenə nə deyibsə, çıxanda rektora "səni gözləyir"  deyə  onu   içəri buraxıb... Və bir azdan Surenlə rektorun səsi binanı  silkələyib. Həmin vaxt gözləmə otağında, bəlkə də, bayram payı almaq üçün gözləyən "Hraparak"ın  müxbiri rektor çıxandan sonra onu sorgu-suala tutub və məlum olub ki, Suren Papikyan həmin pulları orduya dəstək adıyla əkişdirib.
Sonra da rektorun ünvanına elə sözlər deyib ki, hamı onu qınayıb. Müxbirsə gördüklərini və universiterdə eşitdiklərini qəzetində birbəbir yazıb və məqaləsinə də belə bir başlıq qoyub: "Suren Papikyan müdafiə naziridir, yoxsa şoumen?"
Bir erməni isə bircə cümləlik şərhində  yazıb ki, o müdafiə naziri deyil, şoumenlik edən turk itidir.
Nəysə, özləri bilər: kim itdir, kim şoumen, biz bunu indi yox, bir azdan İrəvanda araşdırarıq.
Nəsib QARAMANLI

Oxşar xəbərlər