- Heç olmasa fransadan zəng edib haylara deyən yoxdu ki, bax, sənin nə işin Nikolun Annası Gümrüyə niyə gedir? "Hraparak"ın bu günkü sayında yazıblar ki, Nikolun Annasının Gümrüdə nə işi varsa, elektrik qatarına minib ora gedib. Özü də qatarın paravozu tərpənən kimi maşinist duyub ki, "motor"da nəsə var, yolda əngəli olar. Paravozu dəyişəndə isə Anna hay-həşir salıb ki, niyə dayandırıb, tələsirəm axı. Olayı ona deyəndə lap da dəlisi tutub...sonra sakitləşib və yola düşüblər.
Həmin bu "Hraparak" isə Annadan əl çəkmir ki, çəkmir. Elə hey fikirləşir ki, görəsən niyə tək gedir, axı həmişə Nikolla gedirdi. Və birdən sevinir ki, tapdım: Anna tez gedir ki, Nikol şənbə günü gələndə keçən ilki kimi olmasın, yəni harada olacaqlarını, nə yeyəcəklərini indidən seçsin.
Nəsib