Bax, həmin bu haylara Tehranda Şoyb Bəhmən adlı bir Qafqaz üzrə ekspert deyilən iranlı mühazirə oxuyub, təlimat verib. Marianna onun farsca, ya hayca dediyini yazmayıb, amma dediyini "Hraparak"ın saytına hayca qoyub ki, fars Bəhmən Türkiyədə və Azərbaycanda pantürkizmin genişləndiyini öz gözləri ilə görüb və kürkünə fransız birəsi düşüb. İsrailin Azərbaycanın dostu olduğunu, "hüseynyun", "zeynəbiyun" qrupundakılara, yəni farsbaşlara qarşı guya zülm edildiyini az qala ağlaya-ağlaya deyən həmin ekspert hay jurnalistlərə məsləhət görüb ki, harda "hüseynçi", "zeynəbçi" görsələr öz doğmaları bilsinlər və hörmət etsinlər.
Marianna daha sonra yazıb ki, Şoyb Bəhmən hay jurnalistlərin marağını nəzərə alıb deyib ki, ayətullah Xamneyi hələ 2013-cü ilin yanvarında fətva verib ki, "zeynəbçi" qadın sünnü, vahabi və digər təriqətə mənsub müsəlmanlarla deyil, yalnız farsbaşlarla, bir də haylarla siğə olunmalıdır.
Qərəz, hay jurnalistlərə elə fars dərsi keçilib ki, heç 18-ci əsrə qədər hamamın nə olduğunu bilməyən fransızlar elə dərs keçməyib.
Öz aramızdır, bu Mariannaya bir fransız "mersisi" düşür.
O, irana getməsəydi, qayıdandan sonra "Hraparak" yazı paylaşmasaydı, nəhayət, bir yanıqpəyəli türk erməni dilini bilməsəydi və Mariannanın yazdığını oxumasaydı, fars və hay bacılarının bu görüşündən xəbər tutmazdıq və bizim Tahirə xanım deməzdi ki, onlar müsəlman ha deyil, külü qoyum təpələrinə!
Nəsib