02.05.2025, 13:48
AZ EN
29.01.2024, 16:15 414

Hayların vayları kəsmir

YAZILAR
  • Bu gün Bakıda istintaq təcridxanasında çay içənlərdən biri, dəqiq desək, Avropanın sanksiyalarından yaxasını qurtarmaq üçün təyyarə ilə İrəvana, ordan da yenicə aldığı bir qara rəngli "Toyota"ya minib Xankəndinə gələn, biznes ortaqlarından Araiklə pıçıldaşıb olmayan dövlətin "naziri" olan Ruben Vartanyan ilk çıxışında demişdi ki, bəs, çobanlar qoyun-quzunu saydığı kimi mən də şəxsən özüm burdakı hayları saymışam - düz 120 mindir. Bax, elə o vaxt yazmışdıq ki, ara rubo, kəs səsini orda o qədər adam yox, bəlkə o qədər milçək olar. Nəysə...

Elə  bugün mənası meydan olan "Hraparak" media şirkətlər qrupu  yazıb və internetdə yayıb ki, bəs deməzsənmi "Qarabağ klanı"nın təşkilatçılığı ilə Ermənistanın daxili işlər nazirliyinin miqrasiya baş idarənin şefi Vahe Qazaryana şikayət məktubu yazılıb. Göstərilib ki, Ruben Vartanyan da qələt edir, o birilər də. Axı Qarabağdan 120 min deyil, düz 42.809 hay gəlib və qeydiyyata alınıb. Amma çox adam da Vazgenin goruna and içir ki, inanmırsan Rubendən soruş, mən də Xankəndidə yaşayırdım, nə olsun ki, pasportda qeydiyyat və yaşayış yerim Ermənistan göstərilib. Vahe də açıb sandığı töküb Ermənistanın bəzi qanunları yazılan pambığı, deyib ki, olmaz ki, olmaz, siz sübutlanı-dokumentalnı Ermənistanın vətəndaşısınız, gorbagor olan "arsax"ın sizə nə dəxli var?

Azərbaycan deyəndə ki, ay haylar Qarabağda 120 min hayınız yoxdur, deyirdilər ki, var. İndi açıldı sandıq, töküldü pambıq, yəni rəsmi surətdə, kor kor gör gör oldu ki, haylar Qarabağdakı haylarının sayını düz 3 dəfə şişirdibmişlər və indi öz başlarına döyə-döyə, rubeni söyə-söyə qalıblar. Və bu da məlum olub ki, ermənilərin təkcə bir sözü düzdür: harda hay, orda vay!

N.Qaramanlı

Oxşar xəbərlər