Erməni xəbər agentlikləri "dünya xəbərləri" bölümündə yaydıqları materiallarda İrana qarşı daim dost münasibət sərgilənir və bunun səbəbi aydındır. Belə ki, kim, Azərbaycanın əleyhinə nəsə deyirsə, bu haylar tərəfindən xoş ovqatla qarşılanmaqla bəzən həqiqətdən uzaq ifadələrlə şərhlərə də mövzu olur. İranın Rusiyadakı səfirinin "İranla Rusiya arasında münasibətlərin inkişafının qızıl dövrüdür, xarici işlər nazirimiz martda Moskvaya gələcək"- deməsi isə ermənilərin bir az qısqanclığına səbəb olsa da bəzi meyarlar baxımından xoş qarşılanıb. Hay mətbuatında yayılan məlumatlara görə, Rusiya "Şahed" dronlarına görə İrana yenə də təşəkkür edib və iranlılardan ibarət xüsusi təyinatlıların da öz ordusu ilə birgə döyülməsini istədiyini açıqlayıb. Bununla bağlı şərhdə bildirilir ki, əvvəllər Krasnodarda, indi isə Kiyevə yaxın bölgədə quraşdırılan iran dronları məntəqəsindən dünən edilən hücumların müəllifləri məhz İran hərbçiləridir və bu davamlı olacaqdır.
Bu xəbər bir daha göstərir ki,İran Suriyada olduğu kimi,Rusiyanın özündə də başqa dövlətin dinc sakinlərinə qarşı cinayətlərdə birbaşa iştirak edir.
Nəsib