Bunu ARB24-ün “İş vaxtı” verilişində Prezident İlham Əliyevin BMT Baş Assambleyasının sessiyasında iştirakı məqsədilə Nyu-Yorka səfəri fonunda geosiyasi gündəmin müzakirəsi zamanı Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Millət vəkili bildirib ki, bu gün ümumiyyətlə, BMT Baş Assambleyasının 80-ci ssesiyasında iştirak edənlərin siyahısına baxsaq, heç biri Azərbaycan Prezidentinin statusunda orda səfərdə deyil: “Yəni, qalib dövlət, beynəlxalq hüququn aliliyini öz gücü ilə təmin etmiş dövlət, separatizmə son qoymuş, beləliklə də, bütöv və çox mürəkkəb bir bölgə olan Cənubi Qafqazı separatizmdən, çoxsaylı digər ekstremiz meyllərdən, qanunsuz miqrasiyadan, narkotiklərin qanunsuz becərilməsindən tutmuş çoxsaylı digər cinayətlər, (mütəşəkkil cinayətlər yuvasına çevrilmişdi bura) bunlardan xilas edib, Cənubi Qafqaza nəhayət ki, sülh gətirib. Belə bir statusda cənab İlham Əliyev ilk dəfədir iştirak edir və doğrudan da, dünyanın da, o cümlədən də, elə dünya təmsilçiləri olan ayrı-ayrı dövlətlərin təmsilçiləri olan tədbir iştirakçılarının da cənab İlham Əliyevdən eşidəcəkləri var və böyük məmnuniyyətlə onu dinləməyə hazırdırlar. Bu həm yeni bir nümumə yaradılmasıdır, həm də Azərbaycandan öyrənmək istəyənlər kifayət qədər çoxdur. Təbii ki, biz Amerika Birləşmiş Ştatlarına nəsə öyrədəcəyi iddiasında deyilik. Amma elə ən azı orda iştirak edənlərin üçdə biri, bəlkə də daha çox dövlətlər bu gün Azərbaycanın qarşılaşdığı və həll etdiyi proseslərdən və problemlərdən əziyyət çəkir”.
Deputat daha sonra əlavə edib ki, digər tərəfdən Azərbaycan artıq yeni bir reallıq yaradır: “Yeni reallıq yeni investisiya üçün bir siqnaldır. İnvestisiyalar həmişə mümbit yer axtarır. İnvestisya inkişaf üçün investorlar daim o investisiyanın yatırılması və daha böyük qazanc götürülməsi üçün münbit şəraiti axtarır. Bu gün Azərbaycan nəinki Cənubi Qafqazda, bütövlükdə bölgəmizdə bu cür münbit şəraitə sahibdir. İstər təbii sərvətləri ilə, istər coğrafi mövqeyi ilə, hətta burda hər hansı təbii sərvətdən, hər hansı formada heç nədən faydalanmasalar da belə, buranın coğrafi şəraiti, burda Orta Dəhlizin mühüm sqmentinə çevrilməsi belə biznes üçün çox əlverişli bir mühitdir. Bu gün, açıq deyək, o daşınan şirkətlərinin Azərbaycan ərazisində və ya hər hansı formada yol üzərində bir anbara sahib olması, bir müəssisəyə sahib olması özlüyündə getdikcə əhəmiyyəti artan nəqliyyat kommunikasiya sistemində mühüm bir nailiyyətə çevriləcək həmin şirkət üçün. Ona görə də yeni reallığın memarı kimi cənab İlham Əliyevlə görüş iri şirkətlərin investorları üçün maraqlıdır. O cümlədən bizim üçün də maraqlıdır ki, biz bölgəmizə investisiyalar çəkmək, Azərbaycanla, bütövlükdə Azərbaycanın dayanıqlı inkişafının təmini və bölgədə yaranan yeni reallığın dayanıqlığının təmini üçün həmin investisiyaları, bütöblükdə beynəlxalq biznes maraqlarını Azərbaycana cəlb edə bilək”.
Tahirə AĞAMİRZƏ